Cəngə gedərkən

Cəngə gedərkən
Müəllif: Məhməd Emin Yurdaqul
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Mən bir Türkəm, dinim, cinsim uludur
Sinəm, özüm atəş ilə doludur.
İnsan olan Vətəninin quludur
Türk evladı evdə durmaz, gedərəm
Tann evi viran olmaz, gedərəm.

Məhəmmədin kitabmı qaldırtmam
Osmancığın bayrağını aldırtmam
Düşmanımı Vətənimə saldırtmam

Bu torpaqlar ecdadımın ocağı
Evim, köyüm həp bu yerin bucağı
Işdə Vətən, işdə Tann qucağı
Ata yurdun övlad pozmaz, gedərəm.

Tannm şahid, duracağam sözümdə
Millətimin sevgiləri özümdə.
Vətənimdən başqa şey yox gözümdə
Yar yatağın düşman almaz, gedərəm.

Ağ köynəklə göz yaşımı silərəm,
Qara daşla bıçağımı bülərəm,
Vətənimçün ucahqlar dilərəm,
Bu dünyada kimsə qalmaz, gedərəm.