Camalın fitnəsi tutdu cahanı
Cəmalın fitnəsi tutdu cahani Müəllif: İmadəddin Nəsimi |
Camalın fitnəsi tutdu cahanı,
Çıxardıb pərdədən razi-nihanı.
Nedər aşiq cahanü canı sənsiz,
Ki, sənsən aşiqin canü cahanı.
Ləbindir çeşmeyi-heyvan, vəli şükr
Ki, hər heyvantəbiət bilməz anı.
Ləbi-lə’lin şərabın içənə sor
Ki, kimdir içən abi-zindəganı.
Susamış qanıma lə’lin eşitdim,
Bu dövlət aşiqi-miskinə qanı?
Görün kim, qəmzəsilə yuxusundan
Oyardı fitneyi-axırzamanı.
Əgərçi binişansan, kimsə hərgiz
Nişansız bulmamışdır binişanı.
Vüsalındır, vüsalındır, vüsalın,
Nəimi-xüldü ömri-cavidani.
Nəsiminin məkanı laməkandır,
Məkansız aşiqin həqdir məkanı.