Camalın tələti gülzara bənzər

Camalın tələti gülzara bənzər
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh. 248. 22 avqust 2017 tarixində arxivləşdirilib

Camalın təl’əti gülzara bənzər,
Dodağın şərbəti xunxara bənzər.

Nəimin bağıdır gülzari-vəehin,
Əgər odlu üzün gülnara bənzər.

Tamaşayi-camalın qulhüvəllah,
Üzündən qılmayan hüccara bənzər.

Yanağın cənnətin xəndan gülüdür,
Vəli nərgislərin əyyara bənzər.

Vücudun Misri-came’dir, saçın Şam,
Xorasanü Əcəm, Bulqara bənzər.

Mənəm əxtər bu Misrü Şam içində,
Kəvakib türrəsi timara bənzər.

Nəsiminin vücudu, ya Məhəmməd,
Anadır daima iqrara bənzər.