Canı kim cananı üçün sevsə cananın sevər
Canı kim cananı üçün sevsə, cananın sevər Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.108. |
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,
Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.
Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.
Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.
Su ki, sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.
Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,
Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.
Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib
Qayəti derlər, ola bir bəndə sultanın sevər.