Canım nə qədər var, mənə canan, sən olarsan
Canım nə qədər var, mənə canan, sən olarsan (XII əsr) Müəllif: Xaqani Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Canım nə qədər var, mənə canan sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sora da canım üçün can sən olarsan.
Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
Könlün necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.
Eylərsən əgər şərhini iman ilə küfrün,—
Baş hərflə sərlövhəyi-divan sən olarsan.
Bundan belə aldatma məni küfrlə, dinlə!
Xaqaniyə həm küfr, həm iman sən olarsan.
Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.