Canımdan özgə yari vəfadar tapmadım

Canımdan özgə yari vəfadar tapmadım
Müəllif: Babur Şah
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Canımdan özgə yari vəfadar tapmadım
Gönlümdən özgə məhrəmi əsrar tapmadım.
Canımdan özgə canına dil-əfkar görmədim
Gönlüm kimi gönlünə giriftar görmədim.
Naçar fırqət ilə huy etmişəm nedim,
Çün vəslinə özümi səzavər tapmadım.
Barı vanb eşiyinə binövbet, ey könül,
Necə ki vanb eşiyine bar tapmadım.
Babur özünü öyrədə gör yarsız ki mən,
İstər cahanı bunca qalıb yar tapmadım.