Canın olmazsa əgər canı bədəndə

Canın olmazsa əgər canı bədəndə! (1994)
Müəllif: RAUF CAVAD

Canın olmazsa əgər canı bədəndə!
Eyləməz şükrü Cananına, qul-bəndə!

Bir anda var olub bir sözlə cümlə can,
Ayrılıb ruhi ruhindən, zərrə mən də!

Kim ki, dərk etdi Həqqi, dərk etdi özün,
Gəl qovuş Həqqə ey bir nöqtə, Həqq səndə!

Nəzər eylə canda canlı surətinə,
Canıdır gövhər şəkərin hopmuş qəndə!

Diqqət elə bu an kəndində özünə,
Gətir iman şəhərdən bu gün bu kəndə!

Gəl ol hakim ey can hər cür istəyinə!
Bağ-bağçada bir körpə ağac əkəndə!

Səpmiş toxumun kim çəmənə, kim nəyə,
Götürər hər kəs öz məhsulun biçəndə!

Kim olub yaxşlığa dost, edibsə kömək!
Rauf, görəcək öz əməlin öləndə!
       ...Müəllif:Rauf Cavad