Canə basdım qönçəvəş peykanını, ey tazə gül
Canə basdım qönçəvəş peykanını, ey tazə gül Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.207. |
Canə basdım qönçəvəş peykanını, ey tazə gül,
Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.
Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od,
Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül.
Yandırıb əczayi-tərkibim, külüm verəsən yelə,
Yox yolundan dönməgim, varım sənindir cüzvi küll.
Mərdümi-çeşmim yığar navəklərin mümkün sanır
Ol ağaclar birlə tutmaq əşk dəryasinə pül.
Ey könül, lövhi-əməl nəqşi-bəqadən sadədir,
Fani etmə ömrün ol sevdadə kim, baqi degül.
Surətaray olma, təhsili-kəmali-mə’ni et
Kim, bəhayim növ’ün etməz adəmi zərbəft çül.
Nola dersəm qədr ilə əfzun Məsihadən səni,
Yerü göy mizan olub fərq olmuş ağrdan yünül.
Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim,
Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül.
Hasilin əvvəl qəmi-canandı axir təki-can,
Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül.