Can borcu
Can borcu (01.12.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Yara – nişandır döşünə ərlərin,
Ölməyi – son rütbəsidir əsgərin! Altı da bir, üstü də birdir yerin – Arş, igidlər, Vətən imdadına! Namiq Kamal Can qurban etməyin vaxtı çatıbsa, Səndən hansı namərd əsirgəyər can?! Qoyuram başımı ayaqlarına, Ey ana torpağım, ey Azərbaycan! Məhəmmədhüseyn Şəhriyar |
Bilirsənmi şəhid kimdir? – Vətəndə bar verən tumdur!
Azadlıqdır adı barın, bu söz hər yanda məlumdur!
Vətən sevdası almışdır şəhidin ağlını başdan,
Bu yöndən hər görən söylər: “Vətən sevdalı Məcnundur...”
Soruşdum bir filosofdan: “Nədir can verməyin sirri?”
Dedi: “Get Rizvana sorgil, şəhid cənnətdə məskundur.”
Qan içrə bir igid gördüm dodağında təbəssümlə:
“Vətən uğrunda can vermək – mənim çoxdankı arzumdur...”
Dedi: “oxxay!” Alıb qurtum şəhid cənnət bulağından,
Yağı hər nə yeyib-içsə, elə zənn eylə, zəqqumdur!
Halal bir yurda qəsd etsə əgər yadelli quldurlar,
Cəhənnəm odlarında yanmağa bilmərrə məhkumdur!
Nə fərqi, torpağın altda və ya üstündədir insan,
Desin hər kəs gərək: “Canım – ana torpağa borcumdur!”