Can candan ayrı
Can candan ayrı Müəllif: Aşıq Alı |
Eşqin fərağından cismim kül oldu,
Əzabı hiss etməz can candan ayrı.
Şəmsi qiyafəndən təcrid eyləmə,
Zalım, yaşayarmı can candan ayrı.
Dəhşət olar bir də alsa yara nar,
Üz bağçadan, peşkəş eylə yara nar,
Qiyamətlər qopar, məhşər yaranar,
Həmgiryan yaşasa can candan ayrı.
Alı piran oldu, şahanə qaldı,
Bir kəfəndən qeyri şahə nə qaldı?
Heyif ki, bilinirsən şahə nə qaldı
Ucbatından düşdü can candan ayrı.