Can içində
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Deli gönül neylərsen, gəldin cahan içində?
Tən torpaqdır, əylənməz cövhəri-can içində.
Qaldın dünya qeminde, ürəyin qan içinde,
Abad deyib el vurdun dibi viran içinde,
Rüstem quma qanlıb qaldı yeksan içində,
Sen onlann yanında qalmazsan san içində.

Ey yaranlar, ol dünyaya varan var da, gəlen yox,
Ölü-diri halmdan xəbər-ətər bilən yox,
Çerxi-felək əlinden ağlayan var, gülən yox,
Ağıl edin qardaşlar, köhnələrdən qalan yox,
“Yalançınm vəfası yoxdur” desəm yalan yox,
Dünyaya bel bağlayan qaldı ziyan içində.

Dünya deyib yüyürsən ta içində dəm vardır,
Dəm içindən çıxınca başında min qəm vardır,
Qəm altmda yatıbsan, nə ona məlhəm vardır,
Doymaz gözün dolmağa bircə ovuc qum vardır.
Ey yaranlar, adəmzad, səndən qafil kim vardır?
Qurda, quşa nəzər qıl, külli-fərman içində.

Mextumqulu, aldadır qəhbə fələk bəzənib,
Könlünü mail qılma ona qärşt düzənib.
Necə rahat yatarsan əl-ayağın uzadıb?
Əcel dumb keşikdə oxun yayın gizlədib,
Mehşər günü varı ver imanını qazanıb,
Qum gəldin, boş getmə, axır zaman içinde.