Can olmaz isə, sən təki canan yetər mana
Can olmaz isə, sən təki canan yetər mana Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.28. |
Can olmaz isə, sən təki canan yetər mana,
Vəslin bu xəstə könlümə dərman yetər mana.
Hicrin cəfası eylə yıxıbdır bu könlümü,
Hər şəb qapunda naləvü əfğan yetər mana.
Zülmat içində abi-həyat istəməz könül,
Lə’lin zülali çeşmeyi-heyvan yetər mana.
Zahid, qoparma sən məni meyxanədən bu gün,
Ruzi-əzəldə yar ilə peyman yetər mana.
Gərçi, Xətayi, getdi əlindən vüsali-dust,
Hər dəm xəyali-didəyə mehman yetər mana.