Cana, bu nə cadudur, qaşu göz arasında
Cana, bu nə cadudur, qaşu göz arasında Müəllif: Fatma xanım Kəminə |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Cana, bu nə cadudur, qaşu göz arasında,
Nitqim tutulur görcək hərdəm, soz arasında.
Gər gorsə Zuleyxavu Yusif səni bəzmində,
Məbhut qalar onlar yuz min qız arasında.
İnnab ləbin, cana, təşbih edib aşiqlər,
Nar danəsidir, guya, duşmuş buz arasında.
Ey dil, eləmə artıq nalən yerinə yetdi,
Saldın özün odlara, yandın köz arasında.
Əhdində vəfa varsa, məbhut nə durmuşsan?
Var küyə, yügür-yort ta canın öz arasında.
Xuni-cigərim gözdən ol qədr rəvan olmuş,
Laf etmə, Kəminə, cox, gül tək üz arasında.