Cana, sən candan nə kim, gəlsə cigərlər ağrımaz
Cana, sən candan nə kim, gəlsə cigərlər ağrımaz Müəllif: İmadəddin Nəsimi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Canə sən candan nə kim gəlsə cigərlər ağrımaz,
Həq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.
Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qədəm min gəz yararlar ağrımaz.
Fitvasindan zahidin nahəq məni gər soyarlar,
Qəm değil səndən, şəha , görcək damarlar ağrımaz.
Zahidin əfsanəsindən soydular nahaq məni,
Həq bilir səndən şəha, sahib nəzərlər ağrımaz.
Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim,
Çeşmi-əhvəl ağrıdan arifbəsərlər ağrımaz.
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz.
Cəhli-namərdin qaçan meydan günündə yeri var,
Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz.
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün, bir ər qıyarlar ağrımaz.