Ceyran (Ağdabanlı şair Qurban)
Ceyran (1907) Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.71 |
Qaşın kaman, kipriyin ox,
A gözləri ala ceyran.
Gül üzündən şərmisardı,
Xəcil olur lala, ceyran.
Öpüm gülgəz yanağından,
Bəyaz, büllur buxağından,
Əmim qaymaq dodağından,
Bənzər ləbin bala, ceyran.
Sən gül, mən bülbül həvəsdi,
Bir təzə bahar nəfəsdi,
Qurbana eyləmə qəsdi,
Qol boynuna dola, ceyran.