Cin qazanı
Rəvayətlər. Cin qazanı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi gedirmiş su suvarmağa. Görür ki, toy səsi gəlir. Yaxınlaşır
baxır ki, bizdən yeylər toy eləyir.
Cinlər bu kişiyə deyir ki, gəl otur, bişirdiyimizdən ye, ancaq
bildiyini demə.
Kişi tez əlini qoyur qazanın üstünə, “pismillah” deyir. Bu vaxtı cinlər bunun başından bir qapaz vurub yox olurlar. Camaat gəlib görür ki, bu kişi əli qazanın üstündə özündən gedib. Onu ayıldırlar, qazanı da götürüb gəlirlər kəndə. İndi həmin qazan yuxarı Əndəmiçdə qalır. Camaat xeyir-şərdə işlədir.