Rəvayətlər. Cinni qaltan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Borçalıda bir cinni qaltan var. Altında neçə sürü daldalanar. Dibi də dərədi. Bu yerlərdə çoxlu bulaq var. Bir gün xan qızı başında qırx qız seyrə çıxıbmış. Qəfildən şimşək çaxır, göy guruldayır, yağış yağır. Hər tərəfdən sel axmağa başlayır.

Elə bu vaxt bulud kimi qara bir şey bu qızları qoynuna alıb dumanlıqda itir. Ara sakitləşəndən sonra hay-küy düşür. Qızların yoxa çıxdığı hər yana yayılır. Xan qızının nişanlısı böyük bir dəstə ilə qızı axtarmağa başlayır. Gəlib qızların itdiyi yerə çıxanda həmin qara topanı orada görürlər. Qara topaya yaxınlaşanda bütün qoşun qayaya dönür. Elə bu vaxt şaqqıltıyla dağ aralanır, həmin qara bulud şəklində olan cin dağın arasında yox olur.

Deyirlər o vaxtdan oğlanlar qayaya, qızların göz yaşları bulaq suyuna çevrilibdi. Kim o bulağın gözündən su içə bilsə, canından azar-bezar yox olar, kim o böyük qayanın üstünə çıxmağı bacarsa, quş kimi istədiyi yerə uça bilər.

Mənbə

redaktə