Cismi-zanmdan mənim hicran nə istər bilmənəm

Cismi-zanmdan mənim hicran nə istər bilmənəm
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Qəzəl

Cismi-zarımdan mənim hicran nə istər bilmərəm.
Bu sınıq gəştidən ol tufan nə istər bilmərəm.
Məndə yox hiç arizu, könlüm yaman bitabdır,
Zəxm yoxdur sinədə, peykan nə istər bilmərəm.
Çeşmi-xunxann sənin cismimdə çün qan qoymadı,
Qam dolmuş dideyi-giryan nə istər bilmərəm.
Kasə-kasə qan verir, şükr eyləyib nuş eylərəm,
Dəxi məndən gərdişi-dövran nə istər bilmərəm.
Hər nə var aləmdə bir-birdən betər sərgəştədir,
Qətrə ümman axtanr, ümman nə istər bilmərəm.
Lalə istər dağına mərhəm nəsimi-sübhdən,
Ağız açmış qönçeyi-xəndan nə istər bilmərəm.
Aşiqin zənciri tari-zülfə kakildən gərək,
Rişteyi-zünnaridən Sənan nə istər bilmərəm.
Can çü canan malıdır, bəs dəxi məndən, dustlar,
Can nə istər bilmənəm, canan nə istər bilmərəm.
Gövhəri-qəltan gözü taci-büləndəxtərdədir,
Qətreyi-gümnam sərgərdan nə istər bilmərəm.
Qaşi yayından onun yarəb, bu hamı qürbilə,
Navəki-bərgəşteyi-müjgan nə istər bilmərəm.
Ey dəmadəm eyleyən təklifi-məscid Qövsiyə
Aşiqi-bitabdə iman nə istər bilmərəm.