Coğrafiyadan məlumat
Coğrafiyadan məlumat Müəllif: Üzeyir Hacıbəyov |
Mənbə: Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. 1985. Bakı. Yazıçı. |
R u s i y a - Bir məmləkətdir ki, orada Dövlət duması var, amma əz bərayi-ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır.
T ü r k i y ə - bir dövlətdir ki, orada dünən hökümət millətin boynuna minmişdi, sonra da millət hökümətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin.
A v s t r i y a - bir dövlətdir ki, oranın höküməti iki tikəni birdən udur. Amma heyf ki, boğazında qalır.
İ r a n - cəmahiri-müttəfiqə surətində dolanan bir məmləkətdir. İçində on-on beş dənə cürbəcür padşahları vardır. Əhalisi yoxdur.