Dönübdü (qoşma, Aşıq Ələsgər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dönübdü Müəllif: Aşıq Ələsgər |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Fələyin qəhrindən, el töhmətindən,
Dərdim artıb bir ümmana dönübdü.
Dostun firqətindən, yar həsrətindən,
Bahar mana zimistana dönübdü.
Eşqin girdabında düşmüşəm ləngə,
Torbakeşlər tənə qılır peşəngə.
Gürbə şirə dönüb, muşlar pələngə,
Bəqə qızıb kərgədana dönübdü.
Arif, bu sözləri fikr eylə dərin,
Artırma dərdini sən Ələsgərin.
Qiblənüma məhəbbəti dilbərin,
Meyli bizdən qeyri yana dönübdü.