Dönür (Əhməd Cavad)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dönür (Əhməd Cavad) (1916)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Eşqindən güc alıb bu ilhamım da,
Duyğular qəlbimdə sellərə dönür!
Ellərin verdiyi arzu-kamım da
Yenidən baş alıb ellərə dönür!

Nə böyük bir qüdrət varmış sənətdə,
Ömürlük bağlıdır söz də, söhbət də;
Çəkilən əzab da, iş də, zəhmət də
Çiçəklərə dönür,güllərə dönür

Fikirlər içində fikrim var deyə,
Tuturam torpaqdan, qalxıram göyə!
Xəyalım uçduqca hey gələcəyə,
Gah da ötüb keçən illərə dönür!
Batum, 1916, 11 oktyabr