Döndərdin (Zodlu Abdulla)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Döndərdin
Müəllif: Zodlu Abdulla
Mənbə: Abdulla, Zodlu. Zodlu Abdulla. Bakı: Təbib. 2024.

Oğrun-oğrun baxan gözəl,
Bağrımı qana döndərdin.
Özü gözəl, adı pünhan,
Könlümü şana döndərdin.

Dərdim artıb günbəgündən,
Təltif verir gül üzündən,
Beymürvətin zülmündən
Hökmünü xana döndərdin.

Gəlin, sevgilini tanı,
Bu aləm oduna yanı.
Abdullaya bu dünyanı,
Zalım, zindana döndərdin!