Dördçərşənbə - İkinci çərşənbə
Dördçərşənbə - İkinci çərşənbə Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Bulaqların gözü açıq,
Ormanların üzü açıq;
Dumalardır uçub gələn
Qaqqıldaşa-qaqqıldaşa!
Çaylar axır dəryalara
Şaqqıldaşa, şaqqıldaşa!
Duman qalxır göyə doğru
Meşələrin nəzərindən.
Buzlar düşür parça-parça
Şüşələrin üzərindən.
Puçurlayır yavaş-yavaş
Ağaclarm budaqları.
Mehdən əsir həzin-həzin
Gül-çiçəyin yarpaqları!
Dərədə sel qıjıldayır,
Şən arılar vızıldayır.
Hər yandan xoş avaz gəlir,
Sular deyir: Yaz.., Yaz gəlir!