Dörtdü dörd (Çıldırlı Aşıq İrfani və Xəstə Hаsаn)

Dörtdü dörd
Müəllif: Müəllif:Çıldırlı Aşıq İrfaniMüəllif:Xəstə Hasan
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016

İrfani:
Aradım, yoxladım könül şәhrini,
Gördüm bu könlümdә yenә dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisindә yenә dörd qaldı.

Xəstə Hasan:
Ol yaradan bu dünyanı xәlq etdi,
Nişangahı dörd qıvladı, dörtdü, dörd.
Yoxdan var eylәdi cәmi insanı,
Abı ataş, xaki baddı, dörtdü, dörd.

İrfani:
Oxudum, oxudum mәtlәbә çatdım,
Bir bәzirgan tafdım yarısın satdım,
İndi dә o dördün ikisin atdım,
Yenә baxdım gerisindә dörd qaldı.

Xəstə Hasan:
Yoxdan var eylәdi cümlә alәmi,
Endi fәriştәlәr çәkdi qәlәmi,
Mәhәmmәdә gәldi haqqın salamı,
“İncil”, “Tövrәt”, “Zabur”, “Quran” dörtdü, dörd.

İrfani:
İrfani der bu sözlәri alana,
Eyvallahım var tәcnisi bilәnә,
Üçün atdım, birin aldım qәlәmә,
Dörtdәn dörd tulladım yenә dörd qaldı.

Xəstə Hasan:
Dövr edәr bu dünya dönәr ha dönәr,
Bir gün olar çıra bәndindәn sönәr.
Xәstә Hasan sinәn[e] Әzrayıl qonar,
Dörd kimsә aparar, yenә dörtdü, dörd.