Düşüb millət arasına
Düşüb millət arasına Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Gəraylı |
Bu ədavət nədir, balam,
Düşüb millət arasına?
Dedi-qodu, qeybət, yalan
Düşüb millət arasına.
Qan-qan deyən, insafa gəl,
Nəyə lazım silah-səngər.
Köhnə bəla, təzə əngəl
Düşüb millət arasına.
Yaxşı bilir bütün mahal,
Keçsin deyə bu ağır hal
Saz götürüb Aşıq Bilal,
Düşüb millət arasına.