Düşərmiş
Düşərmiş Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Yüz ölçməmiş bir biçənlər axırda,
Doğrudan da yanar oda düşərmiş.
Harfalara ömür verən, gün verən,
Axır günü dadhadada düşərmiş.
Deyirsən ki, əzizmişsən əzəllər,
Xoş gəlməzmiş sənə türfə gözəllər.
İlk günü oxuyan o şirin dillər,
Xal tutanda çətin yada düşərmiş.
Məmmədhüseyn necə dözsün halına,
Qurtarmaq bilməyən qilü-qalına.
Öyrənmisən, alıb gəzdir dalına,
Cəfəng meymun məğmun ata düşərmiş.