Düşdü (Aşıq Bəsti)
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşdü Müəllif: Aşıq Bəsti |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06. |
Başım üstdən bulud keçdi,
Göz yaşı çəmənə düşdü.
Xəbər aldı Xançobanı,
Şivən qurmaq mənə düşdü.
Ağı deyib çox ağladım,
Göydə buludu saxladım,
Daş-torpağı qucaqladım,
Ah-naləm vətənə düşdü.
Bəsti neylər daha Löyü,
Bay olmasm bəylər bəyi.
Ünüm tutdu yeri-göyü,
Dağ dumana, çənə düşdü.