Düşmüşəm (Aşıq Mirzə Bilal)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşmüşəm Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Gəraylı |
Aman Allah, dada yetiş,
Gör, nə bəlaya düşmüşəm.
Eşqin odu düşüb cana,
Qalıb cəzana düşmüşəm.
Günəş üzü, ay sinəsi,
Aləmi tutub şöləsi,
Baldan şirindi kəlməsi,
Canımı cana vermişəm.
Qulağında qızıl tana,
Zülfünü atıbdır yana,
Bilal deyir yardan mənə
Gəlib nişana, almışam.