Düşsün (Çoban Məhəmməd)

Düşsün (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 37

Hər kim bu naməni təxirə salsa,
Görüm onun işi təxirə düşsün!
Qalayçı gəlməsin şenliklərinə,
Uşaqları tamam paxıra düşsün!

Siçanlar yığılsın, pişiyin yıxsın,
Uşağı ağlaşsın, qol-qıçın sıxsın,
Toyuğu sürüşsün, omması çıxsın,
Danası köndələn axıra düşsün!

Məmmədə gülənin gəlsin başına,
Mığmığalar vursun gözü qaşına.
Müsəlman dotsları ayran aşına.
Erməni dostları çıxıra düşsün!