Dünəndən bu günə nə dəyişmiş? Zaman?
Dünəndən bu günə nə dəyişmiş? Zaman? (1994) Müəllif: RAUF CAVAD |
Dünəndən bu günə nə dəyişmiş? Zaman?
Dünya hər gün rənglərlə dəyişir bir an.
Yazıq dünya dolub əcaib kəslərlə,
Zülm edir fəqirə, deyir, zalım cahan.
Cahilin adı olmaz, sayı lap çoxdur,
Alınmazki pulla həya-ədəb-ərkan.
Acgöz yesə dünyanı deyər ki, azdır,
Qanacaqsızın qabı dolmaz, çün qaban.
Cahillik yox deməz, həmişə çox bilər,
Faydasız bilik hər kəsə zərər-ziyan.
Gəl ey can vermə canı bihudə-hədər,
Əgər yatıbsansa, gəl qəflətdən oyan.
Bəlkə düşünsə, sual bular cavabın,
Ümid var bir gün olar dünya firavan.
Bu sözün qəlbi yaralı ölmün özlər,
Yar gəlincə, həsrət bitincə verər can.
Dünya qəfəsdir, qapıda ümid gözlər!
Ölüm də canı qucaqlar, öpər Canan.
Rauf mərhəmətlidir cümlə aləmə,
Çün verib can xilqətə özü Mehriban.
...Müəllif:Rauf Cavad