Dün yatıb Mir Haşımı rö’yadə gördüm, söylədim
Dün yatıb Mir Haşımı rö’yadə gördüm, söylədim Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 140. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Dün yatıb Mir Haşımı rö’yadə gördüm, söylədim:
Seyyidim, hicrində ərzi-şurişi-həşr eylərəm.
Ən boğuntu birə "Səda" ilə dedi: görməzmisən –
Hiylələr icad edib, bir qəztəcik nəşr eylərəm.