Dünya (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dünya
Müəllif: Aşıq Alı

Ərbabı sultanı dolandırırsan,
Dolanır karı da, koru da dünya.
Bir sirli qüdrətsən kuyində sənin,
Gördük zəhməti də, zoru da dünya.

İşindən halıyam, deyiləm naşı,
Əskilmir üzümnən gözümün yaşı,
Qorxudur cismimi məhşər ataşı,
Bizə çox görürsən goru da dünya.

Bir gün yaranmışlar köçəcək bir gün,
Can torpaq altına olacaq sürgün,
Tapdaqdan, dannaqdan qalan ömür, gün,
Çətin ki, Alını yarıda dünya.