Sinni qoca bir səmada zibadı,
Gəşd eylər bəşərlə yanaşa dünya.
Mail oldum aşüftəhal hüsnünə,
Etmədim canana tamaşa, dünya.
Bətnində bərqərar cümlə imkanım,
Sənsən mənim əzəl, axır məkanım.
Vicuduna qərzidardı bu canım,
Alanda düşmərəm talaşa, dünya.
Rəsimlərin kimsə çəkə bilmədi,
Qurdu, açdı min mərəkə, bilmədi,
Təqdirini kimsə sökə bilmədi,
Heyranam o nadir nəqqaşa, dünya.
Afitab salmasa üstünə sayə,
Zay olar qüdrətin, yetməzsən haya.
Döndərib üzünü müdam səmaya,
Eylə əhsənləri birbaşa, dünya.
Bir köçən olmasa, yaranmaz biri,
Haqq - ana sanıram mübarək yeri.
Peşkəşdi bətninə Alının səri,
Döndər ya turaba, ya daşa, dünya.