Dünya ki, aldatmaz, çün dünya lal-kar, dinməzdi
Dünya ki, aldatmaz, çün dünya lal-kar, dinməzdi! (1993) Müəllif: RAUF CAVAD |
Kim deyir, gəlimli-gedimli dünya əbəsdi!
Dünya balaca qəfəs, insan böyük nəfəsdi!
Fani dünya axirətə gedən bir çarədi,
Çarə qıl ey insan özünə, dünyan qarədi!
Dünyamız gözəlləşir yaşayıb yaradarkən,
Dünyanın cəfası çox, qalıb həp bağlanarkən!
Dünya bənzədilir qadına, yaşamaq üçün!
Qadın da oxşadılır dünyaya, baxmaq üçün!
Dünya aldatmaz, axmaqlar aldanar özünə,
Cahil inanar bəzədilmiş şeytan sözünə!
İnsan var nankordur, varlığına şükür etməz,
Dünyada varkən, varlığını düşünməz-bilməz!
Dünya ki, aldatmaz, çün dünya lal-kar, dinməzdi!
Cahil həqiqəti eşitməz, çün Həqq bilməzdi!
Kim soruşsa, o kimdir, bu nədir gözəl dünya?!
Həm canlı həm də cansız, xəyaldı, özəl dünya!
Hər şeyə hökm edən O, adil, həqiqət SənSən!
Dünyada ən gözəli, sevgi-məhəbbət SənSən!
Rauf, hikmətin şahı, mərifət, ədalətdi!
Bu dünyada Həqqi bilməyə, Əli nemətdi!
...Müəllif:Rauf Cavad