Dünyada can var ikən gör insanlıq qanan nədir?

Dünyada can var ikən gör insanlıq qanan nədir? (1994)
Müəllif: RAUF CAVAD

Bu dünyada ən gözəl iş, həqiqət-mizan nədir?
Gözəlliyi hiss edib həqqi bilən, iman nədir?
 
Verilir azan, çağırır Tanrı, qalx-gəl köməyə!
Xeyirxah ol, gör dərdliləri, bax qəmə yan, nədir?

Tanrı deyib fəzilətlidir bu günlərdən cümə!
Çün cəm olar şəxslər, sorar, bu ahü-fəğan nədir?
 
Bürüyüb dərd-qəm aləmi edir yetimlər xifət!
Kömək edən vicdanı yoxdur, bəs tapdanan nədir?

Haqq verən Əli yoxdur, kimlər insafı itirib?
Gör nə halə düşüb ar, bilmir dərd acıdan nədir?

Xəsisdir bəşər, dolub-daşır anbarı mal-pulla
Etmir özünə yaxşılıq, aclıq qanmayan nədir?

Pozulur din-qanun, əzilir kimsəsizlər xəlvət,
Qul, haqqı qəsb edir, ədalət anlamayan nədir?

Sanırki dünya əbədi, deyir bu dünya mənim,
Aldanıb kor, nəfsinə, ölümü unudan nədir?

Unudub bəd qul-bəndə ruzi verən Xaliqini,
Hər gün verilər möhlət, düşün, ruzi-divan nədir?

Küt axmaq düşünər hər vaxt ruzi aqibətini,
Zənn edər azalar mal dövləti, bəs şükran nədir?

Nə qədər versən azalmaz, nə də ki, artmaz malın,
Bir qədər yeyər-geyər, bilən yox qismət, an nədir?

Fanidi hər şey, var bir gün yox, var yoxluğa məhkum,
Səndə əslən heçnə yox, xeyirxah qul olan nədir?

Unutma ki, hər yerdə yetim-fəqir, kimsəsizsən,
Gör hər kəsi özün, hamı sənsən, mən, üsyan nədir?

Ol bəşərə yar, göstər canlılara sevgi-güman,
Dünyada can var ikən gör insanlıq qanan nədir?
 
Bitməz-tükənməz Rauf Sahibinin var-sərvəti,
Sanma simic sifət Kərəmi, gör nəfs, azan nədir?