Dünyanı (Aşıq Nəsib)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dünyanı
Müəllif: Aşıq Nəsib
Mənbə: Əskər Nailə. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2016

Anası bilinmir, dədəsi dörddü,
Bumunun kölgəsi tutar dünyanı.
Gəzər ruzigahı qaırışbaqanş,
Əgər mümkün olsa, satar dünyanı.

Gahdan aram olur, gah dilənçidi,
Bambılı, xudbindi., el gülüncüdü.
Yaxşılıq həmişə onu incidir,
Qaldırsa, başından atar dünyanı.

İştahası çoxdu, daş-torpaq yeyər,
Güclüyə qul olar, gücsüzü döyər.
Namusu, qeyrəti hərraca qoyar,
Qan salar araya, qatar dünyanı.

Qəribə məxluqdu, bilməz özünü,
Həqiqət bir oxdu, tökər gözünü.
Nəsib xeyir görməz, görsə üzünü,
Əgər imkan olsa, udar dünyanı