Dünyanı kim idarə edir, ey Yaradan?
Dünyanı kim idarə edir, ey Yaradan?! (1993) Müəllif: RAUF CAVAD |
Dünyanı kim idarə edir, ey Yaradan?!
Nədir bu zülm-zillət?! Kimdir günahkar?! Şeytan?!
Dünyanı idarə etsəydi uca Allah!
Törənməzdi ki, yer üzündə heç bir günah!
Şahiddir yer də göy də olanlara Vallah!
Qalxır yerdən göyə, gör nə qədər məzlum ah!
Səbəbdir bu vəhşiliklərə nadan insan!
Olub İblis, kim kəsilib düşmən irqinə?!
Əbləh tək asi çıxıb bu insan dininə!
Düşünüb, sahib çıxmazmı nankor, əqlinə?!
Əməli yamandır, çıxıb yara dilinə!
Aman Allah, sancır ilan kimi bu filan!
Görmür öz əməlin, gəlib gözlərinə tor!
Bu bədbəxtin iki gözü də olub ki, kor!
Gəl ey Sahib Zaman! Bu kordan haqqını sor!
Duymaz ki, qulağı kardır, özü də nankor!
Bu xalqa kim arxa-dayaq?! Yoxdur ki, vicdan!
Satıb vicdanı heçnəyə, şöhrətə-şana,
Dünyada kimsəyə qalmayan, mala-pula!
Başı qarışıb pis hiyləgər oyunlara,
Qanmır ki, bir gün əməli çıxar yoluna!
Nə olar, gəl yetiş dada, ey Sahib Zaman!
Kiminin insafı yox, nə din-quranı yox!
Danır Həqqi, çün Yaradana imanı yox!
Oxumur bəşər quranı ki, Zamanı yox!
Rauf, əgər kimin yanında şeytanı yox!
Mütləq ki, olar yer üzü güli-Gülüstan!
...Müəllif:Rauf Cavad