Dünyanın anası məni doğan andan
Dünyanın anası məni doğan andan Müəllif: Əbülüla Gəncəvi |
Dünyanın anası məni doğan andan
Öz fəzlim və hünərimlə dünyada ustadam.
İndi altmış yaşım var, İran torpağından
Şirvana gələndə isə on altı yaşım vardı.
Demirəm ki, Keyxosrov və ya Keyqubadam,
Hökmdarı tərifləyən qoça bir kişiyəm.
Ey Əfzələddin, əgər düzünü soruşsan,
Sənin əziz canın üçün səndən narazıyam.
Sən bizim gözümüzün işıqısan, övladımızsan,
Sən məni həm ata, həm də ustad çağırmısan.
Elə ki, mənim şagirdim olmağa meyl göstərdin,
Sənə qızıl və gümüş hədiyyə elədim.
Sənin təlimində şəfqət kəməri bağladım,
Sənin dilini şairliyə açdım.
Elə ki, şair oldun, səni xaqanın yanına apardım,
Sənə "Xaqani" ləqəbini qoydum.
Sən ki, tez-tez mənim üstümə od kimi coşursan,
Nə sən su və odsan, nə də mən torpaq və küləyəm.