Dünyanın və tanrıların yaranması
Dünyanın və tanrıların yaranması Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004 |
Əvvəl-əvvəl yalnız əbədi, sonsuz, qaranlıq Xaos vardı, həyatın mənbəyi Xaos idi. Bütün dünya və ölməz tanrılar sonsuz Xaosdan törəndilər. Torpaq tanrısı Heya da Xaosdan yarandı. Qüdrətli Heya əlini-ayağını geniş açıb uzanmışdı, üstündə yaşayanların və bitənlərin hamısına həyat verirdi. Torpağın ucsuz-bucaqsız, işıqlı səma kimi bizdən uzaq təkində, ölçüyəgəlməz dərinliklərində əbədi qaranlıqla dolu Tartar - dəhşətli boşluq yarandı. Həyat mənbəyi, qüdrətli Məhəbbət -Eros da Xaosdan yarandı. Sonsuz Xaos əbədi Zülməti - Erebi yə qaranlıq gecəni - Nyuktunu doğdu. Gecədən və Zülmətdən əbədi İşıq - Efir və ürəkaçan işıqlı Gün - Hemera yarandı. İşıq dünyaya yayıldı, gecə və gündüz bir-birini əvəz eləməyə başladı.
Qüdrətli, bərəKətli Torpaq sərhədsiz mavi Göyü - Uranı doğdu və Göy Torpaq boyu uzandı. Torpaqdan doğulmuş uca dağlar məğrur-məğrur Göyə sarı boy verdilər, əbədi guruldayan Dəniz geniş yayıldı.
Uran - Göy dünyanın hakimiyyətini ələ aldı. O, bərəkətli Torpaqla ailə qurdu. Onların altı oğlu və altı qızı oldu, bunlar qüdrətli, qorxunc titanlar idi. Onların oğlu, bütün torpağı dövrələyən titan Океап və ilahə Fetida dalğalarını dənizə sarı qovan bütün çayları və dəniz ilahələrini - Okeanidləri işıqlı dünyaya gətirdilər. Titan Hipperion və Teyya isə dünyaya Günəş - Helios, Ay - Selen və al-qırmızı Şəfəq Eos (Avrora) kimi uşaqlar bəxş elədilər. Astreylə Eosdan qaranlıq gecə vaxtı səmada yanan ulduzlar və küləklər - boranlı şimal küləyi Borey, şərq küləyi Evr, nəm cənub küləyi Not, yağışla dolu buludları qovub gətirən qılıqlı qərb küləyi Zefir doğuldu.
Titanlardan başqa, bərəKətli Torpaq üç nəhəng təpəgözü, əllibaşlı və yüzəlli dağ kimi уекə üç nəhəngi də dünyaya gətirdi. Onların hər birinin yüz əli olduğundan bu nəhənglərə yüzəlli deyirdilər. Nəhənglərin dəhşətli gücü qarşısında heç kim tab gətirə bilmirdi, onların bu gücü sərhəd tanımırdı.
Uran özünün bu nəhəng uşaqlarına nifrət edirdi, onları Torpaq ilahəsinin dərinliklərindəki zülmətə saldı və işıqlı dünyaya çıxmağa qoymadı. Ana Torpaq əzab çəkirdi. Bu dəhşətli yük onu incidirdi. Ana özünün titan uşaqlarını hüzuruna çağırdı və onları inandırmağa çalışdı ki, ataları Urana qarşı çıxsınlar, amma uşaqlar atalarına əl qaldırmağa ürəк eləmirdilər. Təkcə kiçik qardaş, məkrli Kron atasının üzünə ağ oldu və hakimiyyəti öz əlinə aldı.
İlahə Gecə, Kronun acığına bir sürü müdhiş tanrı doğdu: Tanata - ölüm, Erida - ədavət, Apata - yalan, Ker - dağıtma, Hipnoz - qarabasmalı yuxu, aman tanımayan Nemesida - cəzaya görə intiqam və başqaları. Bu tanrılar atasının yerinə hakimiyyətə keçmiş Kronun dünyasına dəhşət, ədavət, yalan, mübarizə və bədbəxtçilik gətirdilər.