Düymələmə
Müəllif: Aşıq Seyid İbrahim
Mənbə: Şəhla Musayeva. "Köhnə ustadla yeni tanışlıq" (PDF) (az.). archive.org. 2020. İstifadə tarixi: 2020-04-19.


 
Ay ləbləri ballı gözəl,
Gəl yaxanı düymələmə.
Düzlübdü ağ buxağa
Bal, yaxanı düymələmə.
 
Bu gələn mələkzadədi,
Əlində dolu badədi.
Cüt qoşa narlar səndədi
Bil, yaxanı düymələmə.
 
Seyid İbrahim el aşığı
Yox zülfünün dolaşığı.
Bu könlümün yaraşığı
Ol, yaxanı düymələmə.