Düzə söz yox, səhv söhbət, niyə əzbər-La gedir?
Düzə söz yox, səhv söhbət, niyə əzbər-La gedir? (1995) Müəllif: RAUF CAVAD |
Gör nə qədər küt-cahil var, üzü hara gedir?
Düz yoldan əyilib, üzü qara, gora gedir.
Namaz qılır guya cahil, Eşqlə söhbət edir,
Qalıbküt-cahil lakin söhbəti zaya gedir.
Heç düşünmür cahil əməli, görür pis işi,
Düşünən beyin pozulub, nəfs, naxıra gedir.
Var dünyamızın neçə cür axmaq-cahilləri,
Ki, özü küt-cahil, irad tutur əmma gedir.
Kim namaz qılır, edir lağı ona pis-cahil,
Bilir nədir niyyəti, köndələn, guya gedir.
Düz sözü qanmaz, əbləh namazı saqqız edir,
Nədirbu söhbət? Kimə lazım? Səhv, torba gedir.
Pis elə pisdir, küt-cahildir, qılsa da namaz,
Düzə söz yox, səhv söhbət, niyə əzbər-La gedir?
Lağ dildən yerə düşməyir, asılıb pis dildən,
Edirözgəyə irad, baxmır aynaya, gedir.
Kor ki, görməz tək özünü, üzünü güzgüdə,
Həqq bilməz fəqət düz sözə, səhv, inkara gedir.
Düz nədir bilən var? Həqiqəti heç sevən var?
Qanmırqanmaz, Ədalətə nifrət, Şaha gedir.
Nə edər yaxşı əməl, dili özünə zərər,
Bilər bilməz danışar, pis niyyət, qarğa gedir.
Nə bilər ulaq, nədi zəfəran, nədi söhbət,
Görərbəd sifəti, bədheybət, bəd-yara gedir.
Cahil baxışı, dünyaya, bəşərə zərərdi,
Edər düzə zillət, təbiəti xora gedir.
Səhv deyir, küt, düzü böyük yalan, kiçik bilir,
Düzsözə düşmən kəsilir, ismi saxta gedir.
Həqiqəti Rauf düz deyir? Gör kim nə edir?
Görmürdüz, kor! Duymur söz, kar! Əyri-yola gedir!