Düzlüyü sevən dil ilə car çəkməz

Düzlüyü sevən dil ilə car çəkməz! (1994)
Müəllif: RAUF CAVAD

Düzlüyü sevən dil ilə car çəkməz!
Adəm övladına sözlə zülm etməz!

Çoxu istəkdən edib zülm bilməzdən,
Sevən kəs yalandan sevirəm deməz!

Hər gah ki, sevgi olsa da saf, təmiz,
Xəyanət əhli Aşiq ola bilməz!

Budur Yusifin qərib hekayəsi,
Öz qardaşları da Yusifi sevməz!

Əməli düz olanın sözü düzdür,
Dili yalan sevməz nə də söyləməz!

Sevgi müqəddəs, əhli də dəlidir,
Sevgidə yox qanun, rəngi seçilməz!

Aşiqlik istedadı var hər kəsdə,
Kim kəşf etməz, o, bu sirrə yetişməz!

Gəl ol Raufa xeyirxah qul-bəndə,
Sözü dinlə, pis dilini dişlə əz!
   ...Müəllif:Rauf Cavad