Dırqınada (XIX əsr)
Müəllif: Xəstə Hasan
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.78

   
Erməniyə yol açıldı,
Yuva saldı Dırqınada.[1]
Yerli getdi, yersiz qaldı,
Əcəb haldı Dırqınada.

Adına deyillər Tigrən,
Üzündəki ətdən igrən,
Əlindəki dəmir dirgən,
Çalhaçaldı Dırqınada.

Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalqız gördülər,
Qalmaqaldı Dırqınada.[2]

İstinadlar

redaktə
  1. Dırqına aşığın anadan olduğu kənddir. Sonradan ora ermənilərin köçürülməsi ilə əlaqədar Xəstə Həsən Lebis kəndinə köçmüş, ömrünün sonuna qədər orada yaşamışdır.
  2. Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5