Dəniz pərisi
Dəniz pərisi Müəllif: Hüseyn Cavid |
Hər tərəf nəşədar, hər yer şən...
Yenə hər şeydə bir təravət var.
Günəşin cilveyi-lətifindən
Vəcdə gəlməkdə nevərusi-bahar.
Dənizin səfheyi-səma rəngi
Yenə elmasparələr saçıyor.
Çırpınan ruh için oqur sanki
Hər kiçik dalğa bir nəşideyi-nur.
Pənbə şəmsiyyəsilə bir dilbər,
İştə sahil boyunca sallanaraq,
Süzülən pənbə bir qayıqda yüzər,
Bir mələkdir ki, xabgahi-şəfəq...
Mayıs oqşar da gül yanaqlarını,
Bayılır, məsti-zevq olub titrər.
Gah öpər möhtəris dodaqlarını
Əndəlibanə tatlı zümzümələr.
Ah... bilməm bu hüsni-xoşəlhan,
Hanki qəlbin şüküftə qönçəsidir?
Bu mələk qiz, bu nuri-xoşcərəyan
Əcaba, bir dəniz pərisimidir!?
Kağızxanə.