Dənizlər olsa bir qədəh, susalığum qanmaz bənüm

Dənizlər olsa bir qədəh, susalığum qanmaz bənüm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Dənizlər olsa bir qədəh, susalığum qanmaz bənüm,
Inildülərüm kəsilməz, gözüm yaşı dinməz bənüm.

Gel varalum bizüm ilə ta girəsin bağçalara,
Daim ötar bülbülləri, gülüstanum solmaz bənüm.

Bİzüm elün bağçaları daim tazedür gülləri,
Mə’murdurur bustanlan, əğyar gülüm dərməz bənüm.

Mənsur qədəhin necə gəz mə’şuqə sundı əlümə,
Dört yanumdan od urdılar, kimsə halum bilməz bənüm.

Yana-yana kül oluban sən mə’şuqenün yolma,
Gündə bin gəz yanar isəm, dostdan yüzüm dönməz bənüm.

Canum eşqün külüngine Fərhad olub dntdum başum,
Daim tağlan kəsərəm, Şirinüm hiç sormaz bənüm.

Yunus aydur, ey sultanum, eşqün ilə yandı canum,
Gər qılur isən dərmanum, hərgiz canum ölməz bənüm.