Dərddin xanəvü beyt tutdum eymən cananın

Dərddin xanəvü beyt tutdum eymən cananın
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.48-49.

Dərddin xanəvü beyt tutdum eymən cananın,
Xəncərin çəkdi miyanından ki, budur dərmanın.
Bəni-qəribi səgi-kuyin eşigindən qavdı,
Bu vilayətdə məgər qədri budur mehmanın?
Sinədən gör yolu tutdu sirişkim yerinə.
Dəmbədəm suzi-dilimdən iritin peykanın.
Qaşların payi xəm olduqca dəgər sinəmə ox,
Olmayımmı məni-sərgəştə sənin qurbanın.
Gözlərin mərdümi mərdümlük edib mane olur,
Hər qaçan qətlim üçün tiğ çəkər müjganın.
Kərəm etdin qəmu əğyarə vüsalın nəqdin,
Padşahım, qanı dərvişlərə ehsanın?
Biqərar etdi fələk dönə-dönə Sadiqini,
Şimdi bildim ki, qərarı yox imiş dövranın.>