Dərdim (Əhməd Cavad)

Dərdim (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Qərib könül, yenə dərdim yüksəldi,
Gördünmü keçmişin haldan gözəldir!
Aşdın, coşdun, dünya sana dar gəldi,
Ağla, ağla, qoy tükənsin göz yaşın,
Burax о da getsin, bənim sirdaşım!

Zülm daşı döyər zülmün havası,
Azğınlarla doldu Allah yuvası.
Xəlilə söyləsin: Kəbə binası -
Yıxıldı Həccağm murdar əlindən!
Yanıq bir səs gəlir Zəm zəm elindən!

Haqq görmədim, bən anınçün saraldım,
Boş yerə deyildir qəmim və ahım.
Sınasın Əyyubi indi Allahım,
Mal, can dərdi degil, vicdan əsirdi,
Xəstə degil, yazıq insan əsirdi!

Doğmaz oldu artıq sağlıq yıldızı,
Ay görmədik, gecə saydıq yüdızı!
Nədon gəlm əz, Allah, səhərin qızı?
Gülsün ki, yolçular yol üstündədir,
Bən ağlaram, çünki könlüm xəstədir.
Bir xəstə ki, yazıq yol üstündədir!