Dərdim (Nə yaman dərddir bənim ki)

Dərdim
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257

Nə yaman dərddir bənim ki,
Söyləm əyə dilim yoxdur.
Nə qəribəm, qərib kibi,
Nə dərd bilən elim yoxdur!
Qaldım belə, bir ah, bir bən,
Tannm sənsən, pənahım sən!
Başım üstə qara bulud.
Qaranlıq kölgə salmaqda.
Dəniz söylər “Onu” unut,
Gecikdi könül almaqda!
Nə yapayım, ah, bu günlər?
Onunçün yürəgim titrər!
Ahlar dönmüş, yağmur olmuş,
Yer yüzünə düşər, ağlar.
Viran eldə yatan bayquş
Üçün, yuva bizim bağlar!
Nə çıxar biz sızlamaqdan?
Boş təvəkküm idir haqdan?!
Əski “Turan” masalları
Kor aşığm sinəsində.
Tənəzzül et, dinlə barı,
Bax, nə coşqunluq səsində!
Bir kişnərsə erkək atlar,
Ağzının yürəgi partlar!
“Turan”m şanlı toprağı
Nerdədir taxtı, divanı?
“Yaşa”nın cırıq yaprağı.
Yol göstərir, gedən hanı?
Yazıq yoldan sapanlar!
Çürük bütə tapanlar!
Çakva, 1917, 1 mart