Dərdimi (Molla Məhəmməd Səfili)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dərdimi (Molla Məhəmməd Səfili) Müəllif: Molla Məhəmməd Səfili |
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014. |
Ey ağalar, gəlin sizə tərif eyliyem,
Elə bir kimsəm yox, bilə dərdimi,
Arturur-arturur bu qanni fələk,
Qərq edər ümmana selə dərdimi.
Hey ağalar, bu dərt bir gün belim bükər,
Atar hicran oxi ömrümi sökər,
Nə kor qədən deməz, naməyə çəkər,
Yükləsən götürməz filə dərdimi.
Beyçarə Səfili, fani dünyada,
Artar oldi dərdim hədən ziyada,
Sənki bənə verdin ol bari xuda,
Vermə bəndən özgə qula dərdimi.