Dəyən bülbül pərinə daima gülzarsız qalsın
Dəyən bülbül pərinə daima gülzarsız qalsın Müəllif: Fazil xan Şeyda |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,
Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Hər əl əl ki urar şanə o geysuyi-pərişanə,
Mənim aşüftə könlüm tək, xudaya, yarsız qalsın.
Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə,
Suali-həqq olanda, ey xuda, göftarsız qalsın.
O səf-səf çəkilən zülfün şikəncin sındıran şanə,
Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın.
O çin-çin zülfi-pürçinin xəraci Çinü Maçinə
Verə gər Fazili-Şeyda, görüm, zünnarsız qalsın.